Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ

10.07.2025 20:25 23 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.

Metbuat.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən deyib.

"Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda xəbər verəcək əlavə məlumatımız yoxdur", - o deyib.

T.Bryus ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib:

"Bildiyiniz kimi, Prezident (Donald-red) Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi", - o, fikirlərini yekunlaşdırıb.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: