🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycan yenidən bu müsabiqəyə qatılır

17.08.2025 17:25 1 baxış sayı 2 dəq. oxuma
Azərbaycan yenidən bu müsabiqəyə qatılır

Azərbaycan bir neçə illik fasilədən sonra “Uşaq Avroviziyası” mahnı müsabiqəsinə qayıdır.

Metbuat.az xəbər verir ki, bu haqda müsabiqənin ölkəmizdəki lisenziyalı yayımçısı İTV məlumat yayıb.

Bildirilir ki, artıq təmsilçi seçimlərinə start verilib. Yarışmada 9–14 yaş qrupundan olan uşaqlar iştirak edə biləcəklər.

Seçim mərhələsində Azərbaycan və xarici dildə olmaqla iki fərqli mahnı video formatda təqdim edilməlidir. İlkin mərhələdə təqdim olunan videolar arasından ən parlaq ifaçılar seçiləcək. Daha sonra 6 peşəkar münsif onların səhnə mədəniyyəti, səs imkanları və xarizmasını qiymətləndirəcək.

Və yalnız bir nəfər Azərbaycanı bu müsabiqədə təmsil etmək hüququ qazanacaq.

Qeyd edək ki, sayca 23-cü “Uşaq Avroviziya”sı 13 dekabrda Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq.

Xatırladaq ki, ölkəmizi bu yarışmada sonuncu dəfə 2021-ci ildə Sona Əzizova “One of those days” mahnısı ilə təmsil edib. O, 151 xalla beşinci yeri tutub.

Paylaş: