🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

Azərbaycanda karbamid istehsalı artıb

14.10.2025 13:25 9 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda karbamid istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 485,3 min ton həcmində karbamid istehsal olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 2,6 % çoxdur.

Oktyabrın 1-nə 68,2 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Paylaş: