
Azərbaycanda pensiya yaşı azaldılır?

“Bəzi saytlarda pensiya yaşının azaldılması ilə bağlı gedən xəbərlərin başlığı məzmunu əks etdirmir”.
Metbuat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, həmin layihədə məzmun tamamilə başqadır: “Bizim parlamentin Əmək və sosial siyasət komitəsində baxdığımız “Əmək pensiyaları” haqqında qanuna təklif edilən dəyişikliklərin məqsədi pensiya yaşının azaldılması ilə bağlı deyil, sadəcə güzəştli şərtlərlə pensiya alanların pensiyalarının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi ilə bağlı idi. Yəni dövlətin öhdəliyi və Dövlət Sosial Müdafiə Fondunun öhdəliyi arasındakı münasibətlərin tənzimlənməsi idi. Burada pensiya yaşının azaldılmasından söhbət getmir. Doğrudur bir qrup insanlarımız güzəştli şərtlərlə 65 yaşından qabaq pensiyaya çıxırlar. Bu - hərbi qulluqçular; ağır və təhlükəli şəraitdə ən azı 10 il işləyən şəxslər; 5 və daha çox uşağı olan analar( əgər ana yoxdursa, atalar); əlil uşağa baxan analar; yaxud xəstə, ahıl adama baxan insanlardır ki, onların pensiya kapitalı stajdan asılı olmayaraq formalaşır və onlar daha güzəştli şərtlərlə 60 və daha tez yaşda pensiyaya çıxa bilirlər. Təxminən 200 min pensiyaçımız güzəştli şərtlərlə pensiya alanlardır. Yəni 65 yaşına çatmamış pensiyaya çıxan şəxslərdir. Bu bizim qanunvericilikdə var və yeni dəyişiklik deyil”.
Oxşar xəbərlər

Azərbaycanda pensiya yaş həddi artırılır -
Son Xeberler

Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınlar...
Son Xeberler

Azərbaycanda ağır işlərdə çalışanların pensiyaya ç...
Son Xeberler

Azərbaycanda qadınların pensiya yaşı artır
Son Xeberler

Azərbaycanda pensiyaçıların sayı azalacaq –
Son Xeberler

Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır
Son Xeberler