
Azərbaycanda qar yağır – FAKTİKİ HAVA

Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda Laza) 2 sm olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib.
Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50 m-dək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb.
Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər

Yenidən qar yağır -FAKTİKİ HAVA
Bugun.az

Faktiki hava şəraiti açıqlandı - SON DƏQİQƏ
Son Xeberler

Hazırda Bakıda yağış, rayonlarda isə qar yağır -
Son Xeberler

Bu ərazilərə qar yağır - Faktiki hava
Bugun.az

Azərbaycanın Bəzi Rayonlarında Qar Yağır
Bugun.az

Zoomağazada yanğın: 500-dən çox heyvan öldü
Bugun.az