
Azərbaycanda rüşvət alan rəis həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Metbuat.az Tns.az-a istinadən xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E. Quliyev 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Yevlax rayon Qeydiyyat şöbəsində əməliyyat keçirib. Əməliyyat zamanı şöbənin rəisi E. Quliyev rüşvət alarkən yaxalanıb.
Elşən Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs edilib.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Balakənin sabiq icra başçısı həbs edilib, mənimsəm...
Azəri Xəbər

Həbs edilən icra başçısı bu hüququndan imtina etdi
Bugun.az

Azərbaycanda nazirdən yüksək vəzifəyə
Son Xeberler

Bu rayonun da hərbi komissarı saxlanıldı
Xəbər Anı
Həbs olunan icra başçısının müavinin nədə ittiham...
Azəri Xəbər

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin ed...
Son Xeberler


