
Azərbaycanın neft ixracı niyə azalıb?

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 15 milyon 924,8 min ton xam neft ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xam neft ixracının 3,3 faiz azalması deməkdir. Bəs neft ixracının azalma səbəbləri nədir?
Enerji məsələləri üzrə ekspert İlham Şaban Metbuat.az-a açıqlamasında bildirib ki, neft hasilatının azalması Azərbaycanda sensasiyalı bir məsələ deyil. Çünki 2010-cu ilin üçüncü rübündən başlayaraq ölkədə hasilat azalmağa doğru gedib:
"Müxtəlif illərlə müqayisədə ən kəskin azalma 2011-ci ildə qeydə alınıb ki, bu da 12 faizdən artıq olub. Sonrakı illərdə isə gah azalma templəri zəifləyib, gah da sabit qalıb, amma ümumən neft hasilatı azalma xəttini davam etdirib və bu proses hələ də gedir. Son iki-üç ilə baxsaq, görərik ki, Azərbaycanda neft hasilatının səkkiz ay üzrə azalma tempi əvvəlki illərlə müqayisədə daha aşağı düşüb. Bu da Azəri-Çıraq-Günəşli blokunda ötən ilin aprelində quraşdırılan yeni hasilat platformasının tədricən hasilat templərini artırması ilə bağlıdır".
Sevinc İbrahimzadə / Metbuat.az
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanın qara metal idxalı və ixracı azalıb
Azəri Xəbər

Azərbaycandan Portuqaliyaya neft ixracı artıb
Azəri Xəbər

Azərbaycanda yeyinti məhsullarının ixracı artıb
Bugun.az

Azərbaycanın neft koksu ixracı 3,3 dəfə artıb
Bugun.az

Xorvatiya Azərbaycandan neft idxalını azaldıb
Bugun.az

Xorvatiya Azərbaycandan neft idxalını cüzi azaldıb
Azəri Xəbər