
Azərbaycanın quru sərhədi bu istiqamətdə açıla bilər - Prezidentlə müzakirə aparıldı

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub.
Metbuat.az-ın Report-a istinadən məlumatına görə, bunu Dubayda jurnalistlərlə söhbətində Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O qeyd edib ki, Gürcüstan bu məsələdə göstərilən diqqət və dəstəyə görə Azərbaycan tərəfinə minnətdardır:
“Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”.
Baş nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələrdir və bu cür nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalıdır.
“Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək” – deyə Baş nazir Kobaxidze bildirib.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Sərhədlər bu tarixədək bağlı qalacaq
Son Xeberler

Prezident Çində "CCCC" şirkətinin rəhbəri ilə görü...
Bugun.az

Azərbaycana təxliyə olunan 33 nəfərdə COVİD-19 tap...
Son Xeberler

Azərbaycan Çin şirkəti ilə dənizdə və quruda "yaşı...
Azəri Xəbər
Quru Qoşunları Komandanı Metin Tokel İspaniyada: İ...
Son Xeberler
Azərbaycanın islam maliyyə institutları ilə əməkda...
Azəri Xəbər


