Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanın ticarət etdiyi ölkələrin sayı açıqlandı

17.10.2025 13:42 11 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycanın ticarət etdiyi ölkələrin sayı açıqlandı

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 35 milyard 375.5 milyon ABŞ dolları təşkil edib.


Dövlət Gömrük Komitəsi bu barədə məlumat yayıb. Qeyd olunur ki, ümumi məbləğin 18 milyard 606.5 milyon dolları ixracın, 16 milyard 769 milyon dolları isə idxalın payına düşür.


İxracın ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 52.6%, idxalın payı isə 47.4% təşkil edib. Ölkənin xarici ticarət saldosu nəticədə müsbət göstərici ilə, yəni 1 milyard 837.5 milyon dollar məbləğində yekunlaşıb.


Həmin dövrdə Azərbaycan 173 xarici ölkə ilə ticarət əlaqəsində olub. Xarici ticarət iştirakçılarının ümumi sayı 59 289-a çatıb. Bu iştirakçıların 48 868-i fiziki şəxs, 10 421-i isə hüquqi şəxs kimi fəaliyyət göstərir.


Hüquqi şəxslər arasında 170 subyekt dövlət sektoruna, 10 251 subyekt isə özəl sektora aiddir.


R
Əmlak bazarı müxbiri

Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: