“Azerspace-1”in sığorta dəyəri açıqlandı
“Azerspace-1” telekommunikasiya peykinin orbitdə sığortalanması üçün sərf olunacaq vəsaitin həcmi məlum olub.
Metbuat.az xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") hazırlıqlara başlayıb.
Agentlik peykin bir illik orbitdə sığortalanmasının 2.040.000,00 AZN-ə (2 milyon 40 min manat) başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, müqavilə müddəti bir ildir. Bu müddət 2025-ci ilin fevralın 1-dən 2026-ci ilin fevralın 1-nə qədər olan dövrü əhatə edir. Sığorta olunacaq əmlakın dəyəri 53 milyon ABŞ dollarıdır.
Oxşar xəbərlər
"Xalq Sığorta" Şirkətinin İşçisi Cərimələndi
Son Xeberler
Çek-ap müayinələr pulsuz ola bilər?
Xəbər Anı
Azərbaycanda iki sığorta şirkəti bağlandı -
Son Xeberler
TƏLİM TƏCRÜBƏ proqramı
Edumap.az Təhsil Portalı
Xəyal Məmmədxanlı koronavirusdan vəfat etdi
Son Xeberler
Pulsuz Dərmanlar: İcbari Tibbi Sığortadan Nə Gözlə...
Bugun.az