
Bakı Avtovağzalından son iki ilin rekordu

Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır.
Metbuat.az xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib. 14 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb ki, bu, son iki ilin rekord göstəricisidir.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.
Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Tərxis olunan əsgərin övladı ilə VİDEOSU izləmə RE...
Son Xeberler

Bu rayona da sürət qatarı olacaq
Xəbər Anı

Bakı Limanında yüksək nəticə qeydə alındı
Bugun.az

Bakıda Maaşlar Nə Qədər Artdı?
Son Xeberler

"Qorxu Filmi Kassada Rekor Qırdı"
Texnologiya xəbərləri

Metroda gedişhaqqı arta bilər? -Rəsmi cavab
Bugun.az