
Bakı İqlim Həftəsində dəyirmi masa keçiriləcək

Milli Məclisin deputatlarının iştirakı ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində dəyirmi masa keçiriləcək.
Metbuat.az xəbər verir ki, bunu deputat Nigar Arpadarai Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, COP29-dan sonra iqlim sahəsində ən böyük tədbir Bakı İqlim Fəaliyyəti Həftəsi olacaq:
"İqlim Həftəsi çərçivəsində sentyabrın 29-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində olan deputatların iştirakı ilə böyük tədbir keçiriləcək. Bu tədbir dəyirmi masa formatında olacaq. Həmin tədbirdə xarici ölkələrin nümayəndələri də iştirak edəcəklər".
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan və Özbəkistan ali hərbi təhsil müəssisə...
Azəri Xəbər

FHN Oğuzda dəyirmi masa təşkil etdi
Azəri Xəbər

Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri aras...
Azəri Xəbər

Açılıq və Korrupsiyaya Qarşı Mübarizədə Media: Dəy...
Son Xeberler

İslamabadda COP29-a Hazırlıq Panel Müzakirəsi Keçi...
Bugun.az

COP29-da iqlim dəyişikliyi ilə mübarizənin maliyyə...
Bugun.az