Bakı Kənar Dairəvi Yolunda Uçqun Təhlükəsi Aradan Qaldırılır
Bakı Kənar Dairəvi Yolunun 6-cı km-liyində yaranmış uçqun təhlükəsinin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Fövqaladə Hallar Nazirliyi birgə səy göstərir.
Agentliyin verdiyi məlumata görə, ötən gün axşam saatlarında Badamdar qəsəbəsində qaya parçalarının yola doğru düşməsi təhlükəsi yaranmışdır. Bu hadisənin qarşısını almaq üçün xüsusi texnika və canlı qüvvə dərhal hadisə yerinə yönəldilib.
Fövqaladə Hallar və Daxili İşlər Nazirlikləri ilə birlikdə təhlükəsizlik tədbirləri görülmüş, avtomobillərin təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər həyata keçirilmişdir.
İşlər başa çatana qədər Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər. Sürücülərdən anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Oxşar xəbərlər
Bakı Dairəvi Yolunda Sürüşmə: 6.5 Metrlik Qaya Par...
Bugun.az
"Bağırov" körpüsündə yaranan subasma təhlükəsi ara...
Xəbər Anı
Bu məhdudiyyət aradan qaldırılır -
Son Xeberler
Masazırda evdə uçqun oldu, ölən və xəsarət alanlar...
Bugun.az
SON DƏQİQƏ: Azərbaycanda rayonlara gediş-gəlişə ic...
Son Xeberler
Bölgələrdən Bakıya gələnlərin nəzərinə!
Xəbər Anı