Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakı metrosunda yeni sistemin tətbiqinı başlanıldı

04.11.2025 13:02 12 baxış sayı 2 dəq. oxuma Metbuat
Bakı metrosunda yeni sistemin tətbiqinı başlanıldı

“Bakı Metropoliteni” QSC rəqəmsal dünyanın tələblərinə keçidə uyğun olaraq daha bir yenilik edib. Texnoloji yeniliklərə ayaq uyduran Bakı Metropoliteni sərnişinlərə gediş haqlarını ödəmək üçün daha çox seçim təqdim edir.


Artıq sərnişinlər gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə ödəyə biləcəklər. Paralel olaraq, köhnə ödəniş üsulları, yəni “BakıKart”, “BirBank” və “M10”la ödəniş imkanları qüvvədə saxlanılır.


Bir müddət sınaq rejimində olan bu ödəniş üsulunun tətbiqinə metropolitenin bütün stansiyalarında başlanılıb. Bu yenilik ilk dəfə Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan keçirilmişdi.


NFC-dən istifadə edərkən tətbiq edilən maraqlı bir qayda var: bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı verilir. Lakin sərnişin kartın balansını artırmasa, həmin kartla ödəniş avtomatik bloklanacaq. Hazırda qüvvədə olan digər bir qaydaya əsasən, eyni turniketdən eyni kartla təkrar keçid etmək üçün 10 dəqiqə gözləmək lazımdır. Bununla belə, eyni kartla digər turniketdən gözləmə müddəti olmadan ödəniş etmək mümkündür.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: