
Bakı-Tbilisi qatarı ayın 1-dən açılır? - RƏSMİ

1 iyul tarixində Azərbaycanda karantin rejiminin müddəti başa çatır. Hazırda bu müddətin uzadılması ilə bağlı hər hansı yeni qərar verilməyib. Bu isə quru sərhədlərin açılması ehtimalını gündəmə gətirir. Belə olan halda Azərbaycan-Gürcüstan qatarının fəaliyyətə başlaması məsələsi də aktuallaşır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır.
Qeyd olunub ki, bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti, o cümlədən Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb. Bakı-Tbilisi-Bakı marşrutunun bərpası ilə bağlı yenilik olduqda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Bakı-Tbilisi-Bakı qatarı 28 maydan açılır?
Bugun.az

Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxı...
Son Xeberler

Bu rayona da sürət qatarı olacaq
Xəbər Anı

Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salındı
Son Xeberler

Bayram günlərində qatarla səfər edən sərnişinlərin...
Bugun.az

Bakı-Qəbələ qatarı hər gün işləyəcək - Bu tarixlər...
Bugun.az