Bakıda 7 milyon manata mənzil satılır
Bakıda 4, 5, 6 hətta 7 milyon manata satışa çıxarılan mənzillər var.
Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Xəzər TV-yə danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Bakıda, xüsusilə birinci zonada dəyəri milyonlarla manat olan bina evləri satışa çıxarılır.
Həmin mənzillərin bir hissəsi yeni, bir hissəsi isə köhnə tikili binalardadır. Alıcılara hətta 7 milyon manat dəyəri olan mənzillər də təklif edilir.
Ekspertin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında ötən il ilə müqayisədə mənzil bazarında 10%-ə yaxın bahalaşma var. Xüsusilə iri şəhərlərdə, yəni Bakı, Xırdalan və Sumqayıtda daşınmaz əmlakların satış qiymətləri kəskin artıb. Səbəblərdən biri ipoteka və yaxud digər kreditli şərtlərlə satışa yararlı mənzillərin sayının məhdud olmasıdır. Bundan başqa, söküntülər səbəbindən vətəndaşlara kompensasiya olaraq mənzil deyil, pul verilməsi də alıcıların sayını artırıb və bu da qiymətlərin yüksəlməsi ilə nəticələnib.
Ekspert deyir ki, azad edilən ərazilərdə sürətlə tikinti-bərpa işləri gedir. Keçmiş məcburi köçkünlər öz yurd-yuvalarına köçdükcə, o ərazilərdə iş yerlərinin, infrastrukturun qurulması fonunda yaşayış sahələrinin sayı da artacaq. Bu isə Bakıda insan sıxlığını azalda və qiymətlərin stabilləşməsinə səbəb ola bilər.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Oxşar xəbərlər
ŞOK! Bakıda 1 milyon manata aptek satılır
Xəbər Anı
Kirayə mənzil bazarında SON VƏZİYYƏT -
Son Xeberler
Mərkəzi Bank problemli kreditlərin həcmini açıqlad...
Son Xeberler
Ən ucuz kənd məhsulları hansı bazarlarda satılır?...
Son Xeberler
“Qarabağ Futbol Klubu”nun gəlirləri 40% artıb
İdman Xəbər
Bakıda Maaşlar Nə Qədər Artdı?
Son Xeberler