
Bakıda ərini öldürüb həyətdə basdıran qadını ödədiyi kredit ələ verib - Detallar

Bakıda 10 ay əvvəl itkin düşmüş Samir Arif oğlu Əliyevin qətli ilə bağlı dəhşətli faktlar üzə çıxıb. 1985-ci il təvəllüdlü Samirin 39 yaşlı həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən odlu silahla öldürüldüyü müəyyənləşib. Həyat yoldaşı meyiti gizlətmək məqsədilə yaşadığı evin həyətində basdırıb. Mərhumun atası Arif Əliyev bu faciəli hadisənin təfərrüatlarını danışıb. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Elmira İbrahimova əvvəlcə qayınatasına Samirin özünə məxsus tüfəngi götürdüyünü, havaya atəş açdığını və tələsik evdən çıxdığını deyib. Bundan sonra Samir Əliyevdən heç bir xəbər gəlməyib və o, itkin sayılıb.
Samir Əliyevin yoxa çıxması ilə bağlı şübhələr get-gedə artmağa başlayıb. Samirin anası gəlininə oğlunun evdən necə çıxması barədə suallar verəndə, Elmira İbrahimova verdiyi cavablarla ananın fikrini çaşdırıb. Lakin əsas ipucu ərinin banka olan kredit borcu idi. Samir Əliyevin atası bu ay ərzində itkin sayılan oğlunun borcunu ödəmək istəyib. Bankdan isə bildirilib ki, həmin borc hər ay Elmira İbrahimova tərəfindən ödənilir. Kredit borcunun mütəmadi ödənilməsi bu sirri aşkar edən əsas amil oldu. Həyat yoldaşının bu şübhəli hərəkətləri valideynlər üçün artıq təkzibedilməz dəlil idi. Bundan sonra ana və ata dərhal polis idarəsinə müraciət edərək E. İbrahimovadan şikayət ediblər.
Valideynlərin şikayətindən sonra hadisə yerinə Baş Polis İdarəsinin Kriminalistika Şöbəsi və Sabunçu Rayon Prokurorluğunun əməkdaşları cəlb olunublar. Əməliyyat nəticəsində meyit evin həyətindən, torpağın altından sellofan torbaya bükülmüş vəziyyətdə aşkar edilib. Yaxınları qeyd ediblər ki, E. İbrahimova Samirin basdırıldığı əraziyə gül əkirmiş, lakin o gül üç gün ərzində quruyub. O, həmçinin meyitin olduğu yerə "giriş qadağandır" nişanı da yerləşdirib. Samirin əmisi bildirib ki, bu dəhşətli hadisə baş verəndə cütlüyün kiçik qızı evdə olub. Elmira İbrahimova və Samir Əliyevin qanuni nikahdan üç qız övladı var.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

İki Gənc Qadının Ölümü: İstanbulda Dəhşətli Cinayə...
Son Xeberler

Ərini yataqda məşuqəsi ilə tutan qadın GÖRÜN NƏ ET...
Son Xeberler

İşə gedən müəllim faciəvi şəkildə öldü - FOTO
Bugun.az

Bakıda avtomobil ahıl qadını vurdu
Son Xeberler

10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə...
Bugun.az

Bakıda avtomobil qadını vuraraq öldürdü
Son Xeberler


