
Bakıda Messini görmək istəyənlər bu qədər ödəməlidir - Məbləğ

ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messinin dekabrın 11-də Bakıya gələcəyi ilə bağlı xəbər vermişdik.
Metbuat.az xəbər verir ki, səfərin detalları məlum olub.
Ulduz futbolçu komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə ölkəmizə gələcək. Dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar futbolçuları görmək imkanı qazanacaqlar.
2 saat davam edəcək tədbirin biletlərinin qiyməti isə 10 – 50 AZN arasında dəyişir.
Tədbirdə Messinin futbol həyatını və mübarizəsini əks etdirən film də nümayiş olunacaq. Həmçinin dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər.
Oxşar xəbərlər

Bayden Messini mükafatlandıracaq
Bugun.az

"Barselona" Messini bu kluba satmağa razılıq verdi
İdman Xəbər

Prezident İlham Əliyev mühüm QANUN İMZALADI -
Son Xeberler

Prezidentdən FƏRMAN -
Son Xeberler

Vinisiusun transfer qiyməti açıqlandı - Onu istəyə...
Bugun.az

Erməni dilini öyrənmək istəyənlər üçün dərs vəsait...
Son Xeberler