🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
9 abunə

Bakıda silah-sursat aşkarlandı

15.05.2025 08:25 38 baxış sayı 1 dəq. oxuma
Bakıda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Metbuat.az xəbər verir ki, növbəti profilaktik tədbirlər nəticəsində Nəsimi rayonu ərazisində 2 şəxs 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 20 patronu könüllü polisə təhvil veriblər.

Bundan başqa Qaradağ rayonu ərazisində polis əməkdaşları tərəfindən bir avtomat silahı tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Paylaş: