Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda sürücülər arasında dava oldu -Ölən var

25.04.2025 10:25 57 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıda sürücülər arasında dava oldu -Ölən var

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər saatlarında onun idarə etdiyi avtomobillə Maksimin taksi kimi sürdüyü maşın yolda üz-üzə gəlib və yol vermək üstündə aralarında mübahisə baş verib.

Hadisənin də bu mübahisə səbəbindən törədildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: