
“Barselona” qalib gəldi, “Atletiko” evdə məğlub oldu - ÇL

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.
Metbuat.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub.
İspaniyanın “Barselona” klubu doğma meydanda Almaniya təmsilçisi “Bavariya”nı böyük hesabla məğlub edib. “Mançester Siti” (İngiltərə) evdə “Sparta”nı (Çexiya) darmadağın edib. İngiltərənin digər təmsilçisi “Liverpul” isə səfərdə “Leyptsiq”ə (Almaniya) minimal hesabla qalib gəlib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
23 oktyabr
“Atalanta” (İtaliya) - “Seltik” (Şotlandiya) 0:0
“Brest” (Fransa) - “Bayer 04” (Almaniya) 1:1
“Mançester Siti” (İngiltərə) - “Sparta” (Çexiya) 5:0
“Leyptsiq” (Almaniya) - “Liverpul” (İngiltərə) 0:1
“Barselona” (İspaniya) - “Bavariya” (Almaniya) 4:1
“Atletiko” (İspaniya) - “Lill” (Fransa) 1:3
“Benfika” (Portuqaliya) - “Feyenoord” (Niderland) 1:3
“Zaltsburq” (Avstriya) - “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
“Yanq Boys” (İsveçrə) - “İnter” (İtaliya) 0:1
Qeyd edək ki, Liqa mərhələsində IV tura noyabrın 5-də start veriləcək.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Barselona Atletiko Madrid üzərində qələbə qazanıb...
Azəri Xəbər

“Barselona” və “Atletiko” qələbə qazandı
Bugun.az

"Barselona"nın futbolçusu "Atletiko" ilə oyunu bur...
Azəri Xəbər
UEFA ÇL: "Barselona" və "PSJ" böyük hesablı qələbə...
Azəri Xəbər

"Barselona" İspaniya Futbol Çempionatında "Atletik...
Azəri Xəbər

"Barselona"dan fantastik transfer - 3 ulduz futbol...
Bugun.az


