🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Baş nazir erkən nikahla bağlı qaydaları dəyişdirdi

11.10.2024 13:25 31 baxış sayı 1 dəq. oxuma
Baş nazir erkən nikahla bağlı qaydaları dəyişdirdi

Baş nazir Əli Əsədov 2020-ci ildə qəbul edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişikliklər etdi.


Bu dəyişikliklərlə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təhsil müəssisələrinin proqramlarına erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edəcək. Komitə həmçinin dini təhsil alanların və din xadimlərinin gənclərə bu məsələlər barədə məlumatlandırılması üçün tədbirlər həyata keçirəcək.


Yerli icra hakimiyyəti orqanlarına da gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri barədə məlumatlandırılması üçün tədbirlər həyata keçirmək səlahiyyəti verilib.


Paylaş: