Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Baş Prokurorluğa yeni səlahiyyət verildi

03.03.2025 12:25 106 baxış sayı 1 dəq. oxuma Metbuat
Baş Prokurorluğa yeni səlahiyyət verildi

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Metbuat.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra Baş Prokurorluğun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı və satışı əlavə dəyər vergisinə cəlb olunmayacaq.

İndiyə qədər bu məsələdə səlahiyyət sahibi olan orqan (qurum) məlum deyildi.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: