
Bugun.az
10 abunə
Baydendən xəbər var
12.10.2025 21:25
4 baxış sayı
1 dəq. oxuma

ABŞ-ın sabiq prezidenti Co Baydenin prostat xərçəngi müalicəsinin bir hissəsi olaraq radioterapiya müalicəsinə başladığı bildirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Baydenin sözçüsü CNN-ə açıqlama verib.
Açıqlamada “Prezident Bayden prostat xərçəngi müalicə planının bir hissəsi olaraq radioterapiya və hormon müalicəsi alır” ifadəsi yer alıb.
Gələn ay 83 yaşını tamamlayacaq Baydenin müalicəsinin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Baydenin ofisindən may ayında verilən açıqlamada sabiq prezidentə “aqressiv prostat xərçəngi” diaqnozu qoyulduğu bildirilmişdi.
Oxşar xəbərlər

Bayden Trampı təbrik etdi
Bugun.az
157
06/11 21:25

Tramp düşmənlərini açıqladı
Son Xeberler
488
20/10 05:19

Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı san...
Son Xeberler
3,109
21/01 14:51

Şəmistan Əlizamanlı AzTV-də “Cəbhədən xəbər” verəc...
Son Xeberler
640
30/09 15:39

Yeni həftədə bu bürclər şad xəbər alacaqlar
Bugun.az
62
01/06 13:25

Rusiyanın koronavirus peyvəndindən xoş xəbər
Son Xeberler
630
27/08 11:55