Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

BDU-nun müəllimi vəfat etdi - FOTO

26.11.2024 20:25 156 baxış sayı 1 dəq. oxuma Metbuat
BDU-nun müəllimi vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Politologiya və Sosiologiya kafedrasının dosenti, fəlsəfə elmləri namizədi Fazil Vahidov 73 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə bildirilib.

F. Vahidov 1941-ci ilin mart ayında Ağsu rayonunun Nuran kəndində doğulub. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirdikdən sonra 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1972-ci ildə "Ömər Faiq Nemanzadənin dünyagörüşü" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1970-2024-cü illərdə BDU-da müəllim, baş müəllim və dosent kimi fəaliyyət göstərib, 1992-2006-cı illərdə isə BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı olub.

O, BDU-da keçirdiyi dövr ərzində bir çox təltif və mükafatlara layiq görülüb. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: