🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

BDYPİ piyadalara və sürücülərə müraciət etdi

16.02.2025 16:25 18 baxış sayı 2 dəq. oxuma
BDYPİ piyadalara və sürücülərə müraciət etdi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 17-də respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsinin 500 metrədək məhdudlaşacağı ehtimalı var.

Metbaut.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Dumanlı hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün İdarə bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərini görməyə çağırır.

"Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar", - deyə məlumatda qeyd olunub.

Paylaş: