Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Belçika İsrailin mülki qayıqlara müdaxiləsini qınadı

02.10.2025 19:25 22 baxış sayı 1 dəq. oxuma Metbuat
Belçika İsrailin mülki qayıqlara müdaxiləsini qınadı

İsrailin Brüsseldəki səfiri Belçikanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maxime Prevot belə açıqlama verib. O İsrailin Qəzzaya yardım daşıyan mülki qayıqlara beynəlxalq sularda müdaxilə etməsini qınayıb. Diplomatın sözlərinə görə, aralarında Belçika vətəndaşlarının da olduğu mülki qayıqların heyətinə müdaxilə edilməsi narahatlıq doğurur.

Saxlanılanlar arasında Belçikanın 7 vətəndaşının da olduğunu bildirən Prevot, onların tezliklə ölkələrinə qayıtmasının prioritet olduğunu vurğulayıb. Prevot Belçika vətəndaşlarının Aşdod limanına aparıldıqdan sonra onlara konsulluq yardımı göstəriləcəyini vurğulayıb.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: