Bəxtiyar Hacıyevə hökm oxundu
Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, dövlət ittihamçısı Bəxtiyar Hacıyevin 11 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.
Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Məşhur müğənninin atası avtomobil qəzasında öldü –
Şou Xəbər
Azər Zahid xanımının və anasının görüntülərini ya...
Şou Xəbər
MN-nin sabiq vəzifəlilərinə hökm oxundu
Bugun.az
Bu da Məleykə Əsədovanın Xudayarla illər əvvəl çək...
Son Xeberler
Elşad Hacıyevə yüksək vəzifə verildi
Son Xeberler
Məhkəmə yanvarın 10-da Trampa hökm oxuyacaq
Bugun.az