Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Biləsuvarda ağır yol qəza - 3 nəfər öldü, 8 nəfər yaralandı

28.12.2024 08:25 149 baxış sayı 1 dəq. oxuma Metbuat
Biləsuvarda ağır yol qəza - 3 nəfər öldü, 8 nəfər yaralandı

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "VAZ" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün səhər saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvarın Arazbari kəndi yaxınlığında ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, qəza nəticəsində iki minik avtomobili toqquşub. İlkin məlumata görə, ölən və yaralananlar var.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub və yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: