Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Birbanklı olmaq üstünlükdür

27.11.2025 13:33 13 baxış sayı 4 dəq. oxuma Metbuat
Birbanklı olmaq üstünlükdür

Kapital Bank yerli maliyyə bazarında yeni yanaşmaları ilə milyonlarla müştərisinə əlverişli və sərfəli rəqəmsal həllər təqdim edir. Bank Birbank vasitəsilə rəqəmsal dünyanın faydalarını müştərilərinə çatdırır və eyni zamanda maliyyə savadlılığının artırılmasına yönələn addımları ilə fərqlənir. Məlumatlı müştəri ona yaradılan imkanları fürsətə çevirir və bununla banka dəyər qatır. Bəs hansı üstünlüklərdən xəbərdar olmaq müştərilər üçün daha sərfəli ola bilər? Bu üstünlüklər arasında limitsiz və komissiyasız köçürmələr, eləcə də şəxsi xərclərə nəzarət etmək imkanı var. Kapital Bank həm də ölkədəki ən böyük filial şəbəkəsi ilə xidmət göstərir və 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqə malikdir.


Birbank kartlarına banka məxsus 10 milyona yaxın kartdan edilən köçürmələr tamamilə limitsiz və komissiyasızdır. Birbanklılar öz kartlarından Birbank kartlarına istədikləri qədər vəsaiti heç bir məhdudiyyət olmadan rahatlıqla göndərə bilərlər. Bu imkan müştərilərə maliyyə azadlığı qazandırır, onların vaxt və pul itirmədən sürətli, səmərəli köçürmələr etməsini təmin edir. Digər yerli bank kartlarına köçürmə edənlər üçün xüsusi şərtlər mövcuddur. Onlar fərdi qaydada şəxsi vəsaitlərindən 10,000 manatadək məbləği heç bir komissiya ödəmədən köçürmək şansına sahibdirlər. Bu, müştərilərə maliyyə dünyasının sərhədlərini genişləndirməyə kömək edir və onlara sərfəli şərtlərlə əməliyyatlar aparmaq imkanı verir.


Birbank istifadəçiləri mobil tətbiq vasitəsilə maliyyə davranışlarına nəzarət edə bilərlər. Onlar Birbank mobil tətbiqindəki şəxsi kabinetlərində bank əməliyyatlarını icra etməklə yanaşı, limitlərinə və xərclərinə nəzarət etmək imkanına sahibdirlər. Bunun üçün mobil tətbiqdə kart məlumatları bölməsinə daxil olmaq kifayətdir. Maliyyə davranışlarını nəzarətdə saxlamaq, xərcləri yaxşılaşdırmaq üçün ilk şərtlərdən biridir və Birbanklılar bu üstünlüyə malikdir. Ölkə ərazisində yerləşən 1190 ədəd Kapital Bank/Birbank bankomatı mövcuddur, bu da müştərilərə hər yerdə maliyyə əlçatanlığı təqdim edir. 10 milyona yaxın Birbank kartlarındaki şəxsi vəsaitdən 10,000 manatadək nağdlaşdırma komissiyasızdır. Mədaxil funksiyası olan bankomatlar isə Birbanklılara limitsiz və komissiyasız pul yatırmaq üstünlüyü yaradır.


Birbank taksit kart sahibləri üçün müxtəlif güzəştlər və əlavə fürsətlər nəzərdə tutulub. Bu fürsətlərə QR ödənişlərdə ikiqat ƏDV bonusu, 24 ayadək taksit imkanı və birdəfəlik ödənişlərdə nağdlaşdırma daxildir. Bundan başqa, köçürmələrdə 63 günədək güzəşt müddəti tətbiq edilir. Birbank Star kredit kartı sahibinə maliyyə azadlığı verir; belə ki, bu kartla xərcləyən hər kəs məbləği həmin ay geri qaytararaq əlavə heç bir ödəniş etmir. Birbank kartlarını Birbank tətbiqində asanlıqla aktivləşdirmək mümkündür. Beləliklə, Birbanklı olmaqla rəqəmsal maliyyə dünyasında fürsətlərin qapısını açmaq olduqca asandır.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: