Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bitcoinin qiyməti kəskin ucuzlaşdı

07.04.2025 06:25 88 baxış sayı 1 dəq. oxuma Metbuat
Bitcoinin qiyməti kəskin ucuzlaşdı

Aprelin 7-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin azalıb.

Metbuat.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 7.55% ucuzlaşaraq 77 170 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 14.32% azalaraq 1549 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 15.56%, BNB isə 7.29% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: