Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Braziliyada işçilərin məvacibləri kriptovalyutalarla verilə bilər

17.03.2025 18:25 93 baxış sayı 1 dəq. oxuma Metbuat
​Braziliyada işçilərin məvacibləri kriptovalyutalarla verilə bilər

Braziliyada qanunvericilər işçilərin maaşlarını bitkoinlə kriptovalyutalarda alması barədə yeni qanun layihəsini müzakirə edir.

Metbuat.az xəbər verir ki, federal deputat Luiz Philippe de Orleans Bragança tərəfindən təqdim edilən qanun layihəsi işçilərin maaşlarının maksimum 50 faizinin kriptovalyuta ilə ödənilməsinə icazə veriləcəyini nəzərdə tutur. Qanun layihəsində deyilir ki, işəgötürənlər işçilərinin maaşlarını tamamilə kriptovalyuta ilə ödəyə bilməzlər, müstəqil işçilər isə müəyyən müqavilə şərtlərindən asılı olaraq maaşlarını tamamilə kriptovalyuta ilə ala bilərlər. Xaricdən gələn işçilərin də xüsusi qaydalara tabe olacağı açıqlanıb.

Kriptovalyuta ilə edilən ödənişlərin məzənnəsinin Braziliya Mərkəzi Bankının nəzdindəki qurum tərəfindən müəyyən ediləcəyi açıqlanıb.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: