
Britaniyada dağıdıcı fəlakət - Milyonlarla insana xəbərdarlıq edildi

Böyük Britaniyada dağıdıcı "Eowyn" qasırğası nəticəsində yüzlərlə məktəb bağlanıb, uçuşlar ləğv edilib.
Metbuat.az xəbər verir ki, Şimali İrlandiya və Şotlandiyanın bəzi bölgələrində xəbərdarlıq elan olunub. Açıqlamada bəzi sahilyanı ərazilərdə olduqca güclü küləyin əsəcəyi barədə xəbərdarlıq edilib. Fırtına səbəbindən Şotlandiyanın paytaxtı Qlazqo və Edinburq da daxil olmaqla bir çox şəhərdə məktəblər bağlanıb, Londondakı Hitrou hava limanında isə 30-dan çox reys təxirə salınıb. Şotlandiya və Şimali İrlandiyada isə 500-dən çox reys ləğv edilib.
Şotlandiya və Şimali İrlandiyadakı bəzi universitetlər də kampuslarını bağlayıblar. Yerli dairələr vətəndaşları təhlükəsizlik tövsiyələrinə əməl etməyə çağırıblar. Milyonlarla insana evdə qalmaları barədə xəbərdarlıq edilib.
Oxşar xəbərlər

Böyük Britaniyada yenidən sərt karantinə qayıtdıla...
Son Xeberler

Böyük Britaniyada 19 tibb işçisi koronavirusdan öl...
Bugun.az

Dünyada 71,3 milyondan çox insana COVID-19 peyvənd...
Son Xeberler

Britaniyada virusa yoluxanların sayı kəskin artdı
Son Xeberler

Dağıdıcı zəlzələ baş verdi
AzMedia

Britaniyanın yeni COVID-19 statistikası
Son Xeberler