
Bu ərazilərdə güclü külək əsir

Bu gün saat 15:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, Lerik və Şahdağda 20 m/s-dək güclənib.
Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Şəmkir, Tərtər, Ağstafa, Qax, Şəki, Qəbələ, Xaçmaz, Quba, Qusar, Şabran, Mingəçevir, Ceyrançöl, Sabirabad, İmişli, Beyləqan, Lənkəran və Astarada arabir yağış yağır. Şahdağda isə qar yağır.
Göygöl, Şəki, Qax, Qəbələ, Şamaxı, Altıağac, Quba və Xaltanda duman müşahidə olunur və görünüş məsafəsi 200 m-dək məhdudlaşır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 23, Aran rayonlarında eləcə də dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Şiddətli qış gəlir
Son Xeberler

Güclü külək darvazanı aşırdı
AzMedia

Bu rayonlarda güclü külək əsir
Bugun.az

Qız Qalası belə görünmədi, ilk qar sevincini fırtı...
Son Xeberler

Güclü külək yas çadırını uçurdu - VİDEO
Bugun.az

Güclü külək Bakıda ağacı avtomobillərin üzərinə aş...
Bugun.az