Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu ərazilərə güclü qar yağdı - Maşınlar yolda qaldı

27.02.2025 19:25 90 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu ərazilərə güclü qar yağdı - Maşınlar yolda qaldı

Qar yollarda çətinlik yaradıb.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ötən gün gecə saatlarından başlayan güclü qar Şamaxı və İsmayıllıda fəsadlara səbəb olub. Güclü qar səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bəzi yerlərdə qarın qalınlığı 70 sm-dir. Dağlıq kəndlərdə qar səbəbindən yolların bağlanması müşahidə edilib.

Güclü qar Şamaxı-İsmayıllı-Qaraməryəm avtomobil yolunda hərəkəti dayandırıb. Muğanlı dolaylarında, eləcə də Basqal qəsəbəsi ərazisində avtomobillər yolda qalıb. Ərazidə müvafiq tədbirlər görülür.

Daha ətraflı videoda:


S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: