Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu ərazilərə qar yağıb - Faktiki hava

01.10.2025 08:25 24 baxış sayı 2 dəq. oxuma Metbuat
Bu ərazilərə qar yağıb - Faktiki hava

Oktyabrın 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Yüksək dağlıq ərazilərə-Kəlbəcər və Şahdağa isə qar yağıb.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı, Gəncə, Sabirabad, Xaçmaz, Qəbələ, Şamaxı, Xınalıq (Quba) Şabran, Ceyrançöl, İmişli, Göyçay, Tovuz, Tərtər, Ağdam, Cəlilabad, Bərdə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 3 mm-dək qeydə alınıb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçalada 20, Culfada 18, Şabranda 16 m/s-yə çatıb.

Şamaxı, Daşkəsən, Qax (Sarıbaş), Qusar, Qrız (Quba), Şəki, Zaqatala, Balakən, Şahdağ, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: