
Bu günün futbol qrafiki

Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulacaq.
Metbuat.az xəbər verir ki, günün ilk oyununda "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək.
Şamaxı şəhər stadionundakı matç saat 16:30-da başlayacaq.
Meydan sahibləri 31 xalla yeddinci pillədə qərarlaşıb. 28 xala malik Gəncə təmsilçisi doqquzuncu sıradadır.
Günün maraqla gözlənilən qarşılaşması Bakıda "Zirə" və "Sumqayıt" komandaları arasında oynanılacaq.
Çempionatın lideri "Qarabağ"dan 18 xal geri qalan, 58 xalla ikinci yerdə qərarlaşan "qartallar" bu görüşdə qələbə qazana bilməsə, Ağdam klubunun çempionluğu rəsmiləşəcək. 29 xalı olan "Sumqayıt" isə səkkizincidir.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Günün futbol qrafiki
Bugun.az

Bu gün final var -Günün futbol qrafiki
Bugun.az

Günün futbol qrafiki
Bugun.az

“Neftçi” “Turan Tovuz”un, “Zirə” “Səbail”in qonağı...
Bugun.az

Premyer Liqa: Günün futbol qrafiki
Bugun.az

Dəhşətli hadisə: 9 futbolçu həyatını itirdi
İdman Xəbər