Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu halda "Whatsapp" mesajları üçüncü şəxslər tərəfindən oxuna bilər

21.04.2025 10:25 79 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu halda "Whatsapp" mesajları üçüncü şəxslər tərəfindən oxuna bilər

WhatsApp-da yazışmaların məxfiliyi yüksək səviyyədə qorunur, çünki tətbiq "end-to-end encryption" – yəni uçdan-uca şifrələmə texnologiyasından istifadə edir.

Bu o deməkdir ki, mesaj yalnız göndərən və alan şəxs tərəfindən oxuna bilər. WhatsApp, Meta (Facebook), ya da üçüncü tərəflər bu yazışmaları görə bilmir.

Metbuat.az xəbər verir ki, söhbətlər cihazlarda saxlanılır, WhatsApp-ın serverlərində mesaj məzmunu saxlanmır.

Amma Telefonun özü təhlükəsiz deyilsə (yəni viruslu, ya da kiminsə əlindədirsə), bu zaman məxfiliyin qorunması zəifləyə bilər. Bulud ehtiyat nüsxələri (backup) – Əgər siz WhatsApp mesajlarınızı Google Drive və ya iCloud-a ehtiyat nüsxə olaraq saxlayırsınızsa, bu zaman həmin bulud platformaları şifrələmə sisteminə daxil ola bilər. Amma indi bu nüsxələr də əlavə şifrələmə ilə qorunur.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: