Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu həftə Ay belə görünəcək

09.06.2025 05:25 57 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu həftə Ay belə görünəcək

Yer sakinləri bir neçə gündən sonra - iyunun 11-də nadir astronomik hadisə sayılan "Çiyələk Ay"ı müşahidə edəcəklər.

Metbuat.az xəbər verir ki, "Çiyələk Ay” yayın ilk tam görünən Ayına və yay gündönümünə qədərki sonuncu tam Aya verilən addır. Bu il xüsusilə möhtəşəm olacaq: Yerin təbii peyki üfüqdən mümkün qədər aşağıda olacaq və bu, həqiqətən təsiredici vizual effekt yaradacaq.

Yer atmosferinin yaratdığı optik illüziya sayəsində Ay adi ölçüsündən 20 % daha böyük görünəcək. Bundan əlavə, işığın atmosferin sıx təbəqələrindən keçməsi səbəbindən isti qırmızımtıl rəngdə olacaq.

Bu, Şimal yarımkürəsində son illərdə "ən aşağı" tam Ay olacaq; qeyri-adi astronomik hadisə 2043-cü ilə qədər təkrarlanmayacaq.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: