
Bu imtahanların cavabları 3 günə elan olunacaq

DİM avqustun 10-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a bildirilib ki, imtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Məlumat üçün bildiririk ki, imtahanda iştirak etmək üçün 905 namizəd qeydiyyatdan keçib. Bakıda 879, Naxçıvan isə 26 namizədin imtahan verəcəyi gözlənilirdi.
Avqustun 11-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər

Magistratura imtahanlarının cavabları bu tarixdə b...
Bugun.az

Bu imtahanların cavabları
Son Xeberler

Analiz cavabları onlayn təqdim olunacaq
Bugun.az

Avqustun 21-də keçirilmiş imtahanların nəticələri
Son Xeberler

İmtahanların cavabları bu tarixdə açıqlanacaq
Bugun.az

Qırğızıstanda matəm elan olunacaq
Son Xeberler