🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Bu məbləğ artırılır - 285 manat olacaq

18.11.2024 18:25 17 baxış sayı 2 dəq. oxuma
Bu məbləğ artırılır - 285 manat olacaq

Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.

Metbuat.az-ın xəbərinə görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

    Qeyd edilib ki, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 270,0 manatdan 285,0 manata yüksəldiləcək. Yaşayış minimumunun da artıq ehtiyac meyarına bərabər götürüldüyü nəzərə alınsa, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılır.

    Nəzərə çatdırılıb ki, dövlət büdcəsində xərclərin funksional təsnifatı üzrə növbəti ildə digər böyük artımın proqnozlaşdırıldığı bölmə "Sosial müdafiə və sosial təminat" bölməsidir. Bu bölmə üzrə xərclər cari illə müqayisədə 420,3 mln. manat və yaxud 9,6% çox nəzərdə tutulub. 2025-ci ildə "Sosial müdafiə və sosial təminat" bölməsi üzrə 4811,8 mln. manat vəsait proqnozlaşdırılıb. Bu bölmə üzrə artım əsasən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nın layihələrinin maliyyələşdirilməsi ilə əlaqədardır. Bununla yanaşı, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddinin 270,0 manatdan 285,0 manata yüksəldilməsi müvafiq bölmə üzrə xərclərin artımına az da olsa təkan verən amillərdən (6,9 mln. manat artım) olub.

    Paylaş: