
Bu nömrəyə əsassız zəng etdi - Həbs olundu

Masallıda sərxoş kişi öz başına iş açıb.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Qızılağac kəndində yaşayan 40 yaşlı Əbdül Süleymanov (şərti ad-soyadlı) Daxili İşlər Nazirliyinin "102” qaynar xəttinə dəfələrlə zəng edərək faktlara əsaslanmayan şikayətlər səsləndirib və mərkəzi lüzumsuz yerə məşğul edib.
Sonuncu dəfə o, sərxoş vəziyyətdə dayısı ilə mübahisə etdikdən sonra "102”yə ardıcıl zəng edib, əsassız şikayətlər bildirib.
Məsələni araşdırmaq üçün polis əməkdaşları Qızılağac kəndinə gedib. Əbdül isə polisin suallarına cavab verməkdən yayınıb, nalayiq hərəkətlər edərək tabesizlik göstərib.
Hərəkətlərinə görə onun barəsində inzibati xəta protokolu tərtib olunub və hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Masallı Rayon Məhkəməsinin qərarı ilə Ə. Süleymanov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 10 sutka həbs edilib.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Səhiyyə naziri korrupsiya faktlarına görə həbs olu...
Analoq.az

Türkiyədə deputat həbs olundu
Son Xeberler

SON DƏQİQƏ: Abşeron rayonunda məmurlar həbs olundu...
Son Xeberler

Azərbaycanda şirkət rəhbəri həbs olundu
Son Xeberler

Rusiyada nazir müavini həbs olundu
Son Xeberler

Yekaterinburq məhkəməsi Səfərov qardaşları və digə...
Azəri Xəbər