Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu ölkə İsrailə aviareysləri dayandırdı

11.11.2024 05:25 167 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu ölkə İsrailə aviareysləri dayandırdı

İtaliyanın “ITA Airways” aviaşirkəti İsrailin paytaxtı Təl-Əvivə aviareysləri dayandırıb.

Metbuat.az xəbər verir ki, aviaşirkət təhlükəsizlik səbəbindən bu qərarı qəbul edib. “ITA Airways” gələn il yanvarın 12-dək İsrail istiqamətində ikitərəfli uçuşları yerinə yetirməyəcək.

Qeyd edək ki, aviaşirkət Yaxın Şərqdəki gərginlik səbəbindən sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi əsas gətirərək daha əvvəl də müxtəlif tarixləri əhatə edən dövrlərdə Təl-Əvivə uçuşları dayandırmışdı. “ITA Airways” İsrailə müntəzəm reyslər yerinə yetirən yeganə İtaliya aviaşirkəti idi.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: