
Bu ölkədə Milada 9 milyard avro xərclənəcək
İtalyanların Milad bayramı alış-verişinə təxminən 9 milyard avro xərcləyəcəkləri gözlənilir.
Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, aparılan araşdırmaya görə, italiyalılar üçün bütün şənliklər, səfərlər və yemək xərcləri ümumilikdə 25 milyard avroya başa gələcək. Hər ailənin bayramlar üçün orta xərci 992 avro olacaq.
Tətil öncəsi son həftəsonu alış-veriş xərclənməsinin məbləği isə 1,5 milyard avro olacağı gözlənilir. Vəsaitlər əsasən şam ağacının altına qoyulacaq hədiyyələrə və “qara cümə” endirimlərinə sərf ediləcək. Orta hesabla bu alış-verişlərə adambaşına 225 avro büdcə ayrılacaq. Ən çox axtarılan hədiyyələr arasında geyim və aksesuarlar, oyuncaqlar, parfümeriya və kosmetika məhsulları, eləcə də kitablar var.
Səyahət tətilinə çıxacaq milyonlarla italiyalı isə təxminən 12,7 milyard avro nəzərdə tutulur.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Real" dünyanın ən bahalı klubu seçildi
Bugun.az

Almaniyanın dəmir və polad ixracı 4,8 faiz azalıb
Azəri Xəbər

Spotify İlk Dəfə İllik Mənfəət Elədi!
Texnologiya xəbərləri

"Real" futbol tarixində ilki gerçəkləşdirdi - Belə...
Bugun.az

İtaliya Ukraynaya bu qədər silah göndərib
Bugun.az

AYİB Azərbaycandakı layihələrinin portfeli ilə bağ...
Azəri Xəbər