
Bu şəxslər üçün hərbi xidmət müddəti artırıldı

Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılır.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıldı. Bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin qüvvədə olan 12-ci maddəsinin “q” bəndinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.4-cü maddəsinin tələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib.
Layihədə gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif edilir. Bu, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji təhsil müəssisələrini bitirmiş gizir və miçmanlara aiddir. Onlar ixtisaslaşmış peşəkar kadr sayılır. Məqsəd onların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzun müddət istifadə olunmasıdır.
Adıçəkilən qanunların qüvvədə olan 26-cı maddəsinin “v” bəndinə və 36.1.3-cü maddəsinə görə, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa) gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslər siyahısında yer alır.
Layihə “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsinin konkretləşdirilməsini istəyir. Bu ifadə “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” ifadəsi ilə əvəz edilməlidir.
Bundan başqa, cədvəllərdə ehtiyatda olmağın son yaş hədləri yenidən müəyyən edilir. Qüvvədə olan 172-ci və 44.1-ci maddələrində əksini tapan cədvəllərdə əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün ehtiyatda olmağın son yaş hədləri eyni sətirdədir.
Cədvəllərə edilən dəyişikliklərə görə, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədləri artıq ayrıca sətirdə olacaq. Birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35, ikinci dərəcə üçün 45, üçüncü dərəcə üçün isə 55 yaş olması təklif olunur.
Adıçəkilən qanunların 175-ci və 45.2-ci maddələri ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılma müddətlərini göstərir.
Təklif edilən dəyişikliklər birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılmasını nəzərdə tutur. Həmçinin, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılması da təklif edilir.
Layihədə yuxarıda qeyd olunanlarla yanaşı, bir sıra texniki xarakterli dəyişikliklər də nəzərdə tutulub.
Qanun layihəsi səsverməyə çıxarıldı və birinci oxunuşda qəbul edildi.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Daxili Qoşunların Hərbi Qulluqçularının Maaşları A...
Bugun.az

65 yaşına çatmış bu şəxslər daha 5 il işləyə biləc...
Bugun.az

Bu şəxslər ildə bir dəfə əsgərliyə çağrılacaq
Xəbər Anı

Hərbi xidmətdə olmayanların nəzərinə
Bugun.az

Hərbi qulluqçular əyani təhsil dövründə sərəncamda...
Azəri Xəbər

Bu şəxslər maaşdan əlavə pul alacaq
Bugun.az