🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

25.07.2025 13:25 1 baxış sayı 2 dəq. oxuma
Bu yollarda hərəkət məhdudlaşdırılacaq

26 iyul səhər saatlarından başlayaraq 27 iyul axşam saatlarına qədər aşağıdakı ünvanlarda yol təmir işləri aparılacaq.

Bu barədə Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, təmir işləri ilə əlaqədar aşağıda qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və tam olmaqla məhdudlaşdırılacaqdır.

Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar:

- Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində (Dilarə Əliyeva küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək);

- Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində (Mətbuat prospektindən İnşaatçılar prospektinədək);

- Nərimanov rayonu Məmməd Araz küçəsində (Azadlıq prospektindən Atatürk prospektinədək).

Hərəkətin tam məhdudlaşdırılacağı yollar:

-Binəqədi rayonu, Ziya Bünyadov prospektində (Əlişir Nəvai küçəsindən Xutor

tunelinə qədər);

-Xətai rayonu, Babək prospektinin yan yolu və dairədə (maşın bazarının

qarşısı);

-Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində (Əsəd Əhmədov küçəsindən Məhəmməd Xiyabani küçəsinədək olan hissəsi).

Bununla yanaşı, Binəqədi rayonu, Eldar Babayev küçəsində (Rəşid Məmmədov küçəsindən Ziya Bünyadov prospektinədək) və Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində (157 saylı marşrutun yolu) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq sözügedən ərazilərdə 26 iyul saat 08:00-dan başlayaraq nəqliyyat vasitələrinin hərəkəti fasilələrlə tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.

Paylaş: