Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu zənglər, mesajlar bloklanmalıdır - DİN

14.04.2025 20:25 108 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu zənglər, mesajlar bloklanmalıdır - DİN

Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Kibertəhlükəsizlik - informasiya təhlükəsizliyidir. Hər kəs təhlükəsizliyi üçün fərdi məlumatlarını qorumalıdır. Çünki, kimdə smartfon varsa internetə çıxışı var. İnternetə çıxışı olan hər bir şəxs cinayətkarların tələsinə düşə bilər. Risk qaçılmazdır.

Cəlbedici olan, bank kartlarınızda olan pul vəsaitləridir. Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır. Əks halda aldadıb pulunuzu oğurlayacaqlar”, - E.Hacıyev qeyd edib.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: