
Bunu edən tibb işçiləri cərimələnəcək

Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına görə cərimə tətbiq ediləcək.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.
Oxşar xəbərlər

Gürcüstan MSK-nın İşçiləri Təhdid Edilir
Bugun.az

Bu şəxslər 2500 manatadək cərimələnəcək
Bugun.az

Açıq havada siqaret çəkənlər də 100 manat cəriməl...
Son Xeberler

Baş nazirdən koronavirusla mübarizə aparan tibb iş...
Son Xeberler

Baş epidemioloqdan koronavirusdan ölən həkimlərlə...
Son Xeberler

İşğaldan azad olunan ərazilərdə 2 səhra hospitalı...
Son Xeberler