Burada iqlim probleminin öhdəsindən gəlmək mümkündür - COP29-un iştirakçısı
COP29-da özümüzü evimizdəki kimi hiss edirik. Buradakı insanlar çox istiqanlı və mehribandırlar. Bakının gözəlliyinə heyran olmuşam. COP29-da pavilyonlar çox yaradıcıdır. Azərbaycanın pavilyonunu xüsusi qeyd etməliyəm.
Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un Böyük Britaniyadan olan iştirakçısı Vomba Njolomba söyləyib.
O, Londonda iqlim dəyişikliyi ilə bağlı əsas problemin səhralaşma olduğunu deyib. “Biz yağışla mübarizə aparırıq, buna görə də fermerlər əziyyət çəkirlər. Bu iqlim problemi məhsuldarlığa və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. Düşünürəm ki, COP29-da aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür”, - deyə o əlavə edib.
Etiketlər
Oxşar xəbərlər
İslamabadda COP29-a Hazırlıq Panel Müzakirəsi Keçi...
Bugun.az
COP29-da ekoaksiya iştirakçıları inkişaf etmiş ölk...
Bugun.az
Azərbaycan BMT ilə İqlim Dəyişikliyi üzrə Əməkdaşl...
Bugun.az
Rayon qeydiyyatlı maşınlar üçün COP29-da məhdudiyy...
Bugun.az
Avropa İttifaqının Səfiri Peter Mixalko COP29 Konf...
Bugun.az
Ronaldinyo Bakıya gəlir
Xəbər Anı