
Cəlilabadda 33 yaşlı qadın itkin düşüb - FOTO

Cəlilabadda 33 yaşlı qadın itkin düşüb.
Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Cənub regional qrupundan məlumat verilib.
Bildirilib ki, Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı 24.11.2024-cü il tarixdə yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Leyla Heydərovanın əlamətləri bunlardır:
Boyu 170 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.
Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər

Azərbaycanda 32 yaşlı qadın itkin düşdü - VİDEO
Son Xeberler

Bakıda məktəbli dərsdən sonra itkin düşüb
Xəbər Anı

Çində torpaq sürüşməsi olub, 30 nəfər itkin düşüb
Bugun.az

Cəlilabadda 50 yaşlı kişi intihar edib
Son Xeberler

İtkin düşən 3 şəhidin dəfn mərasimi keçiriləcək -...
Bugun.az

15 Yaşlı Sevincin Ölümü: Qonşu Kənan İtkin Düşdü
Son Xeberler